ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Raca Krişnamurti deyib: “Birləşmiş Ştatlar və Hindistan demokratiyadan çox, Çinin avtoritar modelinə həyat qabiliyyətli alternativ yaratmaq üçün güclərini birləşdirməlidir”.
Sitat.info xəbər verir ki, Nümayəndələr Palatasının ABŞ və Çin Kommunist Partiyası arasında Strateji Rəqabət üzrə Seçilmiş Komitəsinin üzvü Krişnamurti Hindistanın baş naziri Narendra Modinin Vaşinqtona səfərinin “siyasətdən kənar ABŞ-Hindistan münasibətlərinin gücünü simvolizə etdiyini” deyib.
ABŞ-Hindistan əlaqələrinin gücləndirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayan Krişnamurti: "ABŞ və Hindistan, Çinin demokratiya əvəzinə dünyaya təklif etdiyi avtoritar modelinə uyğun alternativ yaratmaq üçün güclərini birləşdirməlidir" deyib.
Seymur Bənnayev
Sitat.info