Özbəkistanda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası başlayıb

15:39 7 İyun 2023

Özbəkistanda iyulun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə start verilib.

Sitat.info xəbər verir ki, Özbəkistanın Mərkəzi Seçki Komissiyası (MSK) gələn ay ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesinə başlandığını elan edib.

Buna uyğun olaraq, prezidentliyə namizədlər bu gündən etibarən seçki təbliğatı apara biləcəklər.

MSK-nın qərarı ilə prezidentliyə namizədlərə Özbəkistan Dövlət Radio-Televiziyasında və onun regional radio və televiziya kanallarında, "Yeni Özbəkistan", "Pravda Vostoka", "Xalk sözü" və "Narodnoye slovo" qəzetlərində və 24 yerli qəzetdə pulsuz yayım hüququ veriləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti