Zəngəzur dəhlizi açılmalıdır, Türkiyə bütün gücü ilə... - Bozkır

16:10 7 İyun 2023

Azərbaycan bölgədə sülhün təmin edilməsi tərəfdarıdır. Lakin sülh prossesi üçün tək tərəfin təşəbbüsü yetərli olmur.

Sitat.info xəbər verir ki, bu barədə Trend-ə BMT Baş Assambleyasının 75-ci prezidenti, Türkiyənin sabiq Avropa Birliyi işləri naziri, Türkiyə parlamentinin üzvü Volkan Bozkır deyib.

“30 illik işğal dövründə Qarabağda cinayətlər törədildi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bütün yaşananlara rəğmən Ermənistana sülh əli uzatdı. Ermənistan bu sülh əlini tutmalı və addımlar atmalıdır. Amma, təəssüf ki, Ermənistandan bu addımları görmürük. Hazırda Ermənistanın daxilində dağınıqlıq hökm sürür. Digər bir məqam isə erməni diasporasıdır. Ermənistanda yaşayan əhali kasıb həyat sürür. İqtisadi cəhətdən getdikcə zəifləyirlər. Bu problemlərdən tək çıxış yolu isə Azərbaycanla sülhdür.

V.Bozkır əlavə edib ki, dünyanın müxtəlif yerlərində, yaxşı şəraitdə yaşayan ermənilər yerli əhalinin müsbət addım atmasına mane olurlar.

“Çünki onlar illərlə Azərbaycana,Türkiyəyə səbəbsizcə düşmən olublar. Bu düşmənlik olmasa, onların bir varolma səbəbi olmayacağını düşünürlər. Bunu həll etmələri asan olmayacaq. Lakin dünyada reallıq deyə bir anlayış var. Azərbaycan Qarabağı işğaldan azad etdi. Ermənilər bunu qəbul etsələr də, etməsələr də Qarabağ Azərbaycandır. Sülhün imzalanması üçün qarşıda bir sıra məsələlər durur. Məsələn Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın güclü mövqeyi bu məsələlərin həlli istiqamətində önəmli rol oynayacaq. Türkiyə də bütün gücü ilə Azərbaycanın yanındadır”, - deyə V.Bozkır əlavə edib.



Xəbər xətti