Roma Papası Fransisk əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib

20:23 7 İyun 2023

Katoliklərin ruhani lideri Papa Fransisk qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Sitat.info xəbər verir ki, Katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransisk qarnında yırtıq olduğu üçün əməliyyat olunmaq üçün İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına aparılıb.

Papanın əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacağı gözlənilir.

Vatikanın sözçüsü Matteo Bruni yırtığın "təkrarlanan, ağrılı və pisləşən simptomlara səbəb olduğunu" və Papanın tibbi qrupunun əməliyyatın zəruri olduğuna qərar verdiyini söyləyib.

Bruni: “Günortadan sonra ümumi anesteziya altında laparotomiya və qarın divarı əməliyyatı keçirəcək. Normal gedişi və əməliyyatdan sonra tam sağalmağı təmin etmək üçün tibb müəssisəsində qalma bir neçə gün çəkəcək", - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti