Ziya Məmmədovun qardaşı yenidən məhkəmə qarşısında - Xüsusi ittiham...

10:01 27 Yanvar 2022

Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Sitat.info APA-ya istinadən xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.



Xəbər xətti