İsrail daha 25 fələstinlini həbs edib

12:26 8 İyun 2023

İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyindən yazılı açıqla verilib.

Əsgərlər 14-ü Nablusdan olan 25 fələstinlini saxlayıb.

İsrail tərəfindən həbslərlə bağlı heç bir açıqlama verilməyib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti