Ermənilər Paşinyandan şübhələnir - Bu səbəbdən...

10:53 27 Yanvar 2022

Baş naziri Nikol Paşinyanın mütəmadi olaraq koronavirusa yoluxması faktı Ermənistanın siyasi dairələrində fəal müzakirə edilir və bu, şübhəli hal kimi qiymətləndirilir.

Sitat.info Modern.az-a istinadən xəbər verir ki. "Joğovurd" qəzeti baş nazirin hərəkətlərinin şübhə doğurduğunu iddia edib.

Siyasi kluarlarda qeyd edilir ki, baş nazir dəftərxanasının məlumatında deyildiyi kimi, Paşinyan infeksiyanı simptomsuz daşıyırsa, sual yaranır: o, niyə birdən-birə koronavirusa yoluxmağından şübhələnərək, testdən keçib?

Bir versiyaya görə, Paşinyan ya onun üçün arzuolunmaz hesab etdiyi rəsmi tədbirdə iştirakdan yayınır, ya da daha çox ehtimal edilən versiyaya görə, səbəb Ordu Gününün qeyd olunmasıdır.

Yanvarın 28-də İdman-Konsert Kompleksində müharibə veteranlarının da iştirak edəcəyi tədbir nəzərdə tutulub.

Məlumata görə, hökumət Paşinyanın iştirak etməyi planlaşdırdığı tərbirdə veteranlardan hərəkətli səhnələrin nümayişini istəyib. Ancaq mənfi cavab alıb.

Paşinyanın isə şousuz tədbirdə iştirakı məqsədəuyğun hesab etmədiyi və bundan sonra onun koronavirusa yoluxduğu barədə məlumat yayıldığı bildirilir.

Qeyd edək ki, dünən baş nazirin koronavirusa yoluxduğu barədə rəsmi məlumat yayılıb.

Xatırladaq ki, N.Paşinyan 2020-ci ilin iyununda da koronavirusa yoluxmuşdu.



Xəbər xətti