Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Almaniya müdafiə naziri Krisitna Lambrextə növbəti dəfə reaksiya verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Mixail Podolyak Krstina Lambrextin Ukraynadakı hadisələri müharibə adlandırmamasını qəzəblə qarşılayıb. Onun sözlərinə görə, xanım Lambrext bununla Rusiyanı daha böyük qətllərə təşviq edir.
“Nazir Lambext üstəlik NATO-nun Ukrayna səmalarını qorumayacağını söyləyib. Öldürücü olan da budur. Müharibə adlandırmaq istəmirsiz və Putindən qorxursunuz, heç olmasa təxribatçı bəyanatlar verməyin ”,-deyə, M.Podolyak tvitter səhifəsində yazıb.
Qeyd etmək lazımdır ki, Kristina Lambrext 2021-ci ilin dekabr ayından kansler Olaf Şolts hökumətində müdafiə naziri postunu tutur. Bu vaxta qədər o, iki il Angela Merkel hökumətində Ədliyyə və istehlakçıların hüquqlarının müdafiə naziri vəzifəsini daşıyıb.