Rusiya prezidenti Vladimir Putin Belarusa Rusiyanın taktiki nüvə silahlarının iyulun 7-8-dən sonra yerləşdirilməyə başlayacağını bildirib.
Sitat.info xəbər verir ki, Putin Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Putin görüşün əvvəlində etdiyi çıxışda təhlükəsizlik və iqtisadi mövzularda danışacaqlarını bildirib.
Bu istiqamətdə əlaqələrin kifayət qədər yaxşı inkişaf etdiyinə diqqət çəkən Putin təhlükəsizlik sahəsində inkişafın sabit və hətta yaxşı olduğunu bildirib.
İki ölkənin təhlükəsizlik sahəsində yaxşı əməkdaşlıq etdiyinə diqqət çəkən Putin, daha əvvəl Belarusa göndəriləcəyini açıqladığı taktiki nüvə silahlarına da toxunaraq deyib; “Razılaşdığımız ən həssas mövzularda hər şey planlaşdırıldığı kimi gedir. İyulun 7-8-də müvafiq obyektlərin hazırlıqları başa çatdırılacaq və müvafiq silah növləri Belarusa göndəriləcək. Onun Türkiyədə yerləşdirilməsi ilə bağlı tədbirlərə dərhal başlayacağıq. Yəni hər şey plan üzrədir, hər şey qaydasındadır", - deyə o bildirib.
Qeyd edək ki, martda verdiyi açıqlamada Putin NATO-nun başqa ölkələrdə taktiki nüvə silahı yerləşdirdiyini və Rusiyanın da sözügedən silahı Belarusda yerləşdirəcəyini açıqlayıb.
Putin yüksək dəqiqlikli “İsgəndər” raket sistemlərini Belarusa çatdırdıqlarını da xatırladıb və bu sistemlərin taktiki nüvə silahları ilə təchiz ediləcəyini bildirib.
Lukaşenko ölkədə Sovet İttifaqı dövründən qalan nüvə silahlarının yerləşdirilməsi üçün qurğuların hazırlanacağı barədə də məlumat verib.
Seymur Bənnayev
Sitat.info