Qazaxıstanın Abay bölgəsində Semey meşəsində başlayan yanğında 3 meşə nəzarətçisi həyatını itirib, 30 min hektar ərazi külə dönüb. Semey şəhərində fövqəladə vəziyyət elan edilib.
Sitat.info xəbər verir ki, Qazaxıstanın Abay rayonundakı Semey meşə massivində ötən gün baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Alovun tədricən yayılması ilə əlaqədar rayona gücləndirilmiş yanğınsöndürən maşınlar və helikopterlər göndərilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada indiyədək 30 min hektar ərazinin yandığı bildirilib.
Bildirilib ki, 600-dən çox canlı qüvvə, 68 texnika və 6 helikopterlə alovla mübarizə davam edir.
Qazaxıstan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən yazılı açıqlamada yanğın bölgəsində 3 meşə nəzarətçisinin həyatını itirdiyi, itkin düşən 11 zabitin axtarıldığı açıqlanıb.
Seymur Bənnayev
Sitat.info
Semey qubernatorluğundan verilən açıqlamada şəhərdə fövqəladə vəziyyətin elan edildiyi bildirilib.