Bakıda bank kartından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Sitat.info-ya verilən məlumata görə, paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 1100 manatı oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Valeh Qənbərov müəyyən olunaraq saxlanılıb
Araşdırma aparılır.