Kanada Ukraynaya 500 milyonluq hərbi yardım elan etdi

18:37 10 İyun 2023

Kanada Baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı Ukraynaya növbəti hərbi yardım paketini elan edib.

Sitat.info xəbər verir ki, Kiyevdə Zelenski ilə keçirdiyi brifinqdə Trüdo Kanadanın Ukraynaya 500 milyon Kanada dolları (təxminən 373 milyon ABŞ dolları - red.) məbləğində yeni hərbi yardım paketi barədə razılığa gəldiyini bildirib.

Qeyd olunub ki, hərbi yardım paketinə hava hücumundan müdafiə üçün 288 AIM-7 raketləri, 105 mm kalibrli 10 min mərmi daxildir.

Bundan əlavə, 122 “Roshel” zirehli maşının təhvil verilməsi yaxın həftələrdə tamamlanacaq.

Trüdo həmçinin qeyd edib ki, Kanada ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək və təyyarələrə texniki xidmət göstərmək üçün əlindən gələni edəcək.



Xəbər xətti