Qəribə təriqətlə bağlı polis hərəkətə keçdi: 264 cəsəd tapıldı, 613 itkin var

12:25 12 İyun 2023

Keniya Daxili İşlər Nazirliyi,  İsa ilə görüşmək üçün tərəfdarlarını ölüm orucu tutmağa  vadar edən və 600-dən çox insanın öldüyü təriqətlə bağlı istintaq aparıb və istintaq çərçivəsində aprel ayından bu yana 264 cəsədin tapıldığını açıqlayıb. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, 
Şərqi Afrika ölkəsi Keniyada aprel ayında ortaya çıxan və tərəfdarlarının İsa ilə görüşmək ümidilə aclıqdan öldüyü iddia edilən “aclıq təriqəti” ilə bağlı aparılan istintaq çərçivəsində 613 itkin adamın axtarıldığı açıqlanıb.

Keniya Daxili İşlər Nazirliyi yüzlərlə hektar ərazidə aparılan axtarışlar zamanı keçən həftə daha 6 nəfərin tapılğını, ölənlərin sayının 264-ə çatdığını açıqlayıb. İtkin düşənlərin sayı 613 nəfərdir. 

İstintaqda ümumilikdə 45 nəfər nəzarətə alınıb. Polisin tədbirləri ilə çərçivəsində 95 nəfər meşədən sağ halda xilas edilib.

Öz davamçılarını aclıqdan ölərsə İsa ilə görüşəcəkləri vədi ilə aldadan Beynəlxalq Xoş Xəbər Kilsəsinin keşişi Pol Makkenzinin məhkəməsi də sonrakı tarixə təxirə salınıb. Makkenzinin ədalətli mühakimə tələbi ilə saxlandığı həbsxanada ölüm orucuna başladığı iddia edilib.

Ölənlərin cəsədləri üzərində aparılan ekspertizada bəzi insanların, xüsusilə də uşaqların nəfəs ala bilməməsi səbəbiylə öldüyü müəyyən edilib.

Hadisədən sonra Keniya polisi bir çox təriqət və qruplara qarşı əməliyyat keçirib.

Səid İsaoğlu, 

Sitat.info 



Xəbər xətti