Cəlilabad RİH vətəndaşın evini başqasına satdı - "Küçələrdə qalmışam" (VİDEO)

14:26 14 İyun 2023

Cəlilabad rayon sakini Xudaverdiyev İlqar Kamil oğlu Sitat.info-ya müraciət edərək ona verilən pay torpağının və evinin qanunsuz zəbt edilməsindən şikayət edib. 

Problemini ictimailəşdirməyə və məhkəmədə ədalətli qərarın qəbul olunmasına nail olmağa çalışan İ.Xudaverdiyev deyib ki, onun həyətyanı sahəsi və evi də daxil olmaqla 22 sot pay torpağı rayon icra hakimiyyətinin , yerli bələdiyyənin  iştirakı ilə qanunsuz olaraq başqa bir şəxsin adına özəlləşdirilib. Hazırda şikayətçi zəbt olunmuş evindən tam məhrum olub və kirayədə yaşayır. 

Bütün sənədlərin öz adına olduğunu bildirən İlqar Xudaverdiyev bir anda evinin və torpağının çıxarışının başqa bir şəxsə verildiyini vurğulayaraq məhkəmələrdən ədalətli qərar çıxarılmasını istəyir. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti