Avstraliya Federal Polisi (AFP) və Kanada Kral Polisi (RCMP) Kanadadan Avstraliyaya 4 gəmi ilə daşınması planlaşdırılan bazar dəyəri 1,7 milyard dollar olan metamfetamin ələ keçirib. Əməliyyat çərçivəsində 6 nəfər saxlanılıb.
Sitat.info xəbər verir ki, AFP-nin verdiyi açıqlamaya görə, Kanada və Avstraliya polis bölmələrinin əməkdaşlığı ilə təşkil edilən əməliyyatlar 2023-cü ilin yanvarında başlayıb.
Kanada polisi narkotik dəstəsi tərəfindən Avstraliyaya göndərilməsi planlaşdırılan 180 kanola yağı şüşəsinə doldurulmuş 2900 litr maye metamfetamin ələ keçirib.
Müsadirə edilən narkotiklərin bazar dəyərinin 720 milyon dollar olduğu bildirilir.
6 ay davam edən əməliyyatlar zamanı ələ keçirilən ümumi çəkisi 6 ton olan metamfetaminin dəstə tərəfindən 4 fərqli gəmi ilə ölkəyə daşınmasının planlaşdırıldığı açıqlanıb.
Seymur Bənnayev
Sitat.info