Hindistan və Pakistana təsir edəcəyi gözlənilən Biparjoy qasırğası səbəbindən təxliyə edilənlərin sayı 150 mini keçib.
Sitat.info xəbər verir ki, Pakistan Meteorologiya İdarəsi fırtınanın ölkənin cənub hissələrinə, o cümlədən liman şəhəri Karaçiyə doğru irəlilədiyini və bu gündən etibarən güclü külək və leysan yağışına səbəb olacağını açıqlayıb.
Regional Fəlakət İdarəetmə İdarəsi (PDMA), Pakistan və Hindistanın sahil bölgələrini təsir edəcəyi gözlənilən fırtına səbəbiylə indiyədək Pakistanın Badin, Thatta, Sujaval və Malir bölgələrindən 81 min 925 nəfərin təxliyə edildiyini açıqlayıb.
Hindistanın Qucarat əyalət hökuməti səkkiz sahil bölgəsindən 74 mindən çox insanın təhlükəsiz zonalara təxliyə edildiyini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info