Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova sentyabrın 10-da Ukraynadan ilhaq edilən Xerson, Zaporojya, Donetsk və Luqansk vilayətlərində seçki keçirməyi planlaşdırdıqlarını bildirib.
Sitat.info xəbər verir ki, Rusiya Mərkəzi Seçki Şurası Rusiyanın Ukraynadan ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrində xalqın seçkiyə getməsi üçün rəsmi addımlar atıb.
Rusiya prezidenti Vladimir Putin və Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının bu yaxınlarda imzaladığı “Yeni bölgələrdə seçkilər” haqqında fərmandan sonra hərəkətə keçən Rusiya Mərkəzi Seçki Şurası Rusiya Müdafiə Nazirliyi və seçki təhlükəsizliyi üçün Rusiya Federal Təhlükəsizlik Xidməti ilə danışıqlar aparıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bu görüşlərdən sonra bölgədə seçkilərin keçirilə biləcəyi qənaətinə gəldiklərini bildirib və deyib; “İyunun 14-də Rusiya Müdafiə Nazirliyi və FSB ilə məsləhətləşmələr apardıq. Bu qurumlardan rəylər aldıq ki, 4 yeni rayonda seçkilər keçirilə bilər. Rusiya Müdafiə Nazirliyi bizə seçkilərin şərtləri və görüləcək işlərlə bağlı tövsiyə məktubu göndərigöndərib".
Seymur Bənnayev
Sitat.info