Yaponiya: "Şimali Koreya iki ballistik raket buraxıb"

18:22 15 İyun 2023

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın bu gün Yapon dənizi istiqamətində iki ballistik raket atdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Nazirlik açıqlamasında Şimali Koreyanın təxminən 12 dəqiqə arayla atdığı iki ballistik raketin 50 kilometr yüksəklikdə 11 dəqiqə seyr etdikdən sonra Yapon dənizinə düşdüyünü bildirib.

Açıqlamada birinci raketin 850 km, ikinci raketin isə 900 km məsafə qət etdiyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti