“Kadırovçular” adlanan Rusiya ordusunun çeçen hərbçiləri Ukrayna müharibəsində yüzlərlə döyüşçünü itirdikdən sonra Çeçenistana göndərilib.
“Azadlıq” radiosu bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatına istinadən xəbər verir.
Ukraynada olduqları müddətdə Rusiya ordusunun çeçen hərbçiləri (Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adı ilə “Kadırovtsı” kimi də tanınır) yüzlərlə döyüşçünü itirərək paytaxt Qroznıya qayıdıblar.
Əks-kəşfiyyat Ukraynada "kadırovçular"ın itkiləri barədə məlumat verib, Kiyev yaxınlığında peyda olan Rusiya Qvardiyasının çeçen bölmələrinin komandirlərinin adlarını çəkib.
Rusiyanın hökumətyönlü teleqram kanalları martın 13-də Rusiyanın Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun iştirak etdiyi zirzəmidə keçirilən hərbi toplantıdan video yayımlayıb.
İddia olunurdu ki, səs yazısı Ukrayna ərazisində - Kiyevdən bir neçə kilometr aralıda aparılıb.
Kadırovun tənqidçiləri bu məlumatı müharibə zamanı növbəti piar adlandırıblar. Ukrayna əks-kəşfiyyatı isə Kadırovun Ukraynada olmadığını, martın 13-ü məhz “kadırovçular” qrupunun Kiyev vilayətindən Belarusa, daha sonra isə Çeçenistana çıxarıldığını bəyan edib.
Xatırladaq ki, müharibə zamanı Rusiyanın Çeçenistan Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general Maqomed Tuşayev həlak olub. Məlumata görə, bunu həmin bölmənin əsir götürülən üzvü də təsdiqləyib.
Bundan başqa, fevralın 26-da eniş cəhdi zamanı 450 kadırovçu Qostomel hava limanı ərazisində Ukrayna torpaqlarına girməyə cəhd göstərib. Onlar Ukrayna ordusu tərəfindən birbaşa uçuş zolağında atəşə tutulublar. Fevralın 28-də isə onlar sayı bir neçə yüz döyüşçü təşkil edib”, – Ukrayna əks-kəşfiyyatı məlumat yayıb.