Məktəbdə daha bir RƏZALƏT: Direktor rüşvət verməyən müəllimi otaqdan qovdu - SƏS YAZISI

12:12 27 Yanvar 2022

Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb.

Lent.az xəbər verir ki, söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir. Səs yazısına əsasən, direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir. V. Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirir.

Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.

Şikayətçi müəllim Vüsalə Məmmədova Lent.az-a açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. O, bidlirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimlərdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edir.

Şikayətçi məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.

İddiaya münasibət bildirmək üçün məktəb direktoru Mətanət Məmmədova ilə əlaqə saxlamaq mümkün olmadı.



Xəbər xətti