Rusiya prezidenti Vladimir Putin Ukrayna probleminin həlli variantlarını müzakirə etmək üçün istənilən təmaslara açıqdır.
Sitat.info “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə iyunun 16-da Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.
Onun sözlərinə görə, Putin vəziyyətin nizamlanmasına gətirib çıxara biləcək istənilən ideyanı dəstəkləyir.
“Əlbəttə, bu problem müxtəlif yollarla həll oluna bilər. Ona görə də bu problemin həllinə və münaqişənin sona çatmasına yönəlmiş istənilən mümkün ideyalar, ideyalar toplusu Putin tərəfindən dəstəklənir”, - Peskov bildirib.
Nərgiz,
Sitat.info