Vilayət Eyvazoy bu rayona rəis müavini təyin etdi

15:47 16 İyun 2023

Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Anar Tofiq oğlu İmamquliyev vəzifəsindən azad olunub.

Sitat.info xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, Anar İmamquliyev Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

DİN mətbuat xidmətinin regional qrupu faktı təsdiqləyib.



Xəbər xətti