BMT: "Yunanıstan qayıq qəzası nəticəsində 500-ə yaxın insan itkin düşüb"

17:50 16 İyun 2023

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Yunanıstanın Peloponnes yarımadası açıqlarında qeyri-qanuni miqrantları daşıyan balıqçı gəmisinin batması ilə əlaqədar fəlakətdə indiyədək 78 nəfərin həyatını itirdiyini, aralarında qadın və uşaqların da olduğu 500 nəfərin itdiyini açıqlayıb. 

Sitat.info xəbər verir ki, Türk yazılı açıqlamasında Peloponnes yarımadası yaxınlığında dəhşətli faciə yaşandığını bildirib.

Həyatını itirən 78 qeyri-qanuni miqrantın yaxınlarına başsağlığı verdiyini bildirən Türk deyib: "Uşaq və qadınların da olduğu 500-ə yaxın itkin var. Sağ qalanlarla və fəlakət qurbanlarının ailələri ilə həmrəy olmaq vacibdir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti