Bir zənglə sülhə nail olmaq mümkündür - Podolyak

19:38 16 İyun 2023

Yalnız bir zənglə sülhə nail olmaq mümkündür.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Tvitrerdə səhifəsində yazıb.

O qeyd edib ki, sülh üçün Rusiya qoşunlarının xarici ölkənin suveren ərazisindən çıxarılması barədə əmr verməsi kifayətdir:

“Bundan sonra isə danışa bilərik”.

M.Podolyak, həmçinin, bildirib ki, Rusiyanın qanadlı və ballistik raketlərlə Ukraynaya hücumlarını davam etdirdiyi bir vaxtda sülh və dialoq çağırışları ikiüzlü təbliğatdan başqa bir şey deyil.



Xəbər xətti