Darçiaşvili Hakan Fidanla danışdı: Nələr müzakirə olundu?

19:12 17 İyun 2023

Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan XİN rəhbəri Tvitter hesabında bildirib.

"Biz ölkələrimizi birləşdirən mükəmməl əməkdaşlığı və strateji tərəfdaşlığı vurğuladıq və Gürcüstan ilə Türkiyə arasında əlaqələrin daha da dərinləşdirilməsinə sadiq olduğumuzu bildirdik. Biz həmçinin regionda və onun hüdudlarından kənarda sülhün bərqərar olmasının vacibliyini qeyd etdik", - nazir vurğulayıb.



Xəbər xətti