Ukraynada ruspərəst partiyaların qeydiyyatı ləğv edilir

18:05 20 Mart 2022

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya ilə sıx bağlantıları olan partiyaların qapadılmasına qərar verib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, məsələ hazırda Ali Radanın gündəmindədir. Bunu parlamentin ilk spikeri Aleksandr Korniyenko “Ukrainskaya pravda” portalına verdiyi müsahibədə də təsdiqləyib.

Qeyd etmək lazımdır ki, ləğv olunacaq partiyaların başında Ali Radada 43 deputatı olan “Həyat Ukrynda Müxalifət Partiyası” gəlir. Bu partiyanın qeyri-rəsmi lideri kremlpərəst siyasətçi Viktor Medvedçukdur.

Bundan başqa Ukraynada “Şariya partiyası”, “Müxalifət bloku”, “Sol müxalifət”, “Sol qüvvələrin ittifaqı”, “Dövlət partiyası”, Ukrayna Tərəqqipərvər sosialist partiyası”, “Vladimir Saldo bloku” kimi siyasi qüvvələri də eyni aqibət gözləyir.



Xəbər xətti