ABŞ administrasiyası iyunun 21-də Ukraynaya növbəti hərbi yardım paketini elan edəcək.
Sitat.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransında deyib.
Blinkenin sözlərinə görə, Co Bayden bildirib ki, biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik, hər iki ölkə buna sadiqdir: “Biz buna əməl etməyə davam edəcəyik. Sabah elan edəcəyim yeni yardım paketinin bir hissəsi kimi öhdəlik götürdüm."
ATACMS operativ-taktiki raket sistemlərinin Kiyevə mümkün tədarükü ilə bağlı sualı cavablandıran Blinken vurğulayıb ki, ABŞ hakimiyyəti Ukraynaya ayrı-ayrı silah sistemləri ilə deyil, hərbi sahədə hərtərəfli dəstək verməyə yönəlib.
Nərgiz,
Sitat.info