Blinken: Rusiyanı buna məcbur edəcəyik

16:46 21 İyun 2023

Ukraynada dağıntıların səbəbkarı Rusiyadır, ona görə də respublikanın bərpası üçün maliyyə məsuliyyəti daşıyacaq.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Lakin o vaxta qədər biz ölkəsini qorumağa çalışan Ukrayna xalqını dəstəkləməyə davam edəcəyik”, - o bildirib.

Qeyd edək ki, AB diplomatiyasının rəhbəri Josep Borrell də həmkarları ilə hərbi əməliyyatlar zamanı zərər çəkmiş Ukraynanın bərpası üçün Rusiyanı pul ödəməyə məcbur etməyin hüquqi əsaslarını müzakirə etməyi planlaşdırdığını bildirib.



Xəbər xətti