Rusiya “Sarmat”ı döyüş növbəsinə çıxarır - Putin

18:04 21 İyun 2023

Yaxın vaxtlarda “Sarmat” strateji raket sistemləri döyüş növbəsinə buraxılacaq.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Ən mühüm vəzifə Rusiyanın hərbi təhlükəsizliyinin və qlobal sabitliyin əsas təminatı olan nüvə triadasının inkişafıdır. Artıq Strateji Raket Qüvvələrinin birlik və birləşmələrinin təxminən yarısı ən son “Yars” kompleksləri ilə təchiz edilib, qoşunlar isə “Avanqard” hipersəs başlıqlı müasir raket sistemləri ilə yenidən təchiz edilir. Yaxın vaxtlarda “Sarmat” kompleksinin yeni ağır raketlə ilk buraxılış qurğuları döyüş vəzifəsini yerinə yetirəcək”, - Putin bildirib.



Xəbər xətti