"Rusiyanın nüvə gücləri effektiv və etibarlı şəkildə strateji çəkindirmə təmin etməyə və qlobal güc balansını saxlamağa imkan verir”.
Sitat.info xəbər verir ki, bu sözləri ifadə edən Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə enerjisini inkişaf etdirməyi ən mühüm vəzifə kimi gördüklərini vurğulayıb.
Yeni çağırışları və Ukraynada həyata keçirdikləri “xüsusi hərbi əməliyyat” təcrübəsini nəzərə alaraq ordunu hərtərəfli inkişaf etdirməyə davam edəcəklərini vurğulayan Putin deyib:
"Ən mühüm vəzifəmiz Rusiyanın təhlükəsizliyinin və qlobal sabitliyin əsas təminatı olan nüvə enerjimizin inkişafıdır. Raket qoşunlarımızın təxminən yarısı ən son "Yars" kompleksləri ilə təchiz olunub. Ordumuz yenidən müasir raket sistemləri ilə, “Avanqard” hipersəs döyüş başlıqları ilə silahlanıb. Yaxın gələcəkdə yeni ağır raketlər üçün hazırlanmış “Sarmat” buraxılış qurğuları döyüş tapşırıqlarını yerinə yetirəcək”.
Müharibələrdə pilotsuz uçan aparatların əhəmiyyətinə toxunan Putin əlavə edib ki, onlar da kütləvi PUA istehsal edəcəklər və bu vasitələri bütün hərbi hissələrə paylayacaqlar.
Seymur,
Sitat.info