Türkiyənin Ərzurum vilayətinin Pazaryolu məhəlləsində bir evdə baş verən yanğın qonşu evlərə də keçib. Yanğın yanğınsöndürənlərin səyi ilə söndürülüb, 12 ev yararsız hala düşüb.
Sitat.info xəbər verir ki, Pazaryolu rayonu Köseyolu məhəlləsində bir evdə yanğın baş verib. Alov sürətlə qonşu evlərə keçib.
Xəbər üzərinə bölgəyə xilasedicilər, jandarma və sağlamlıq qrupları sövq edilib. Komandaların işi nəticəsində yanğın söndürülüb, 12 evə ziyan dəyib.
Seymur Bənnayev
Sitat.info