Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında aprelin 15-dən bəri davam edən qarşıdurmalar iyunun 18-də başlayan 3 günlük atəşkəsin sona çatması ilə daha da şiddətlənib.
Sitat.info xəbər verir ki, şahidlərin sözlərinə görə, paytaxt Xartumun qərbində yerləşən Umdurman şəhərində ağır və yüngül silahlardan istifadə edilməklə ağır toqquşmalar baş verib.
Paytaxtın şimalındakı Bəhri şəhərindən atışmala səslərinin gəldiyi bir vaxtda yanğın və tüstünün yüksəldiyi görülüb.
Döyüş təyyarələri Bəhri və Umdurmanda yerləşən ÇDQ qüvvələrini hədəfə alıb.
Seymur Bənnayev
Sitat.info