Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə enerjisini inkişaf etdirməyi ən mühüm vəzifə kimi gördüklərini vurğulayıb. “Rusiyanın nüvə gücləri strateji çəkindirməni effektiv və etibarlı şəkildə təmin etməyə və qlobal güc balansını saxlamağa imkan verir”, - Putin bildirib.
Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kreml sarayında müxtəlif hərbi məktəbləri fərqlənmə diplomu ilə bitirmiş gənc zabitlərlə görüşüb.
Zabitləri təbrik edən Putin ordunun gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Putin ordunun gücləndirilməsi və ölkənin təhlükəsizliyinin həmişə prioritet olduğunu və bundan sonra da belə olacağını qeyd edib.
Seymur Bənnayev
Sitat.info