Fransanın paytaxtı Parisin 5-ci rayonundakı bir binada dünən baş verən partlayışda yaralananların sayı 50-yə yüksəlib.
Sitat.info xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Paris Prokurorluğu dünən Parisin 5-ci rayonunda baş verən partlayışda 6-sı ağır olmaqla ümumilikdə 50 nəfərin yaralandığını açıqlayıb.
Prokurorluq dağıntılar altında bir nəfərin hələ də axtarıldığını qeyd edib.
Seymur Bənnayev
Sitat.info