Teplovozla yük maşını toqquşdu: ölən var

14:57 23 İyun 2023

Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən var və xəsarət alan var.

Sitat.info xəbər verir ki, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Rüstəm oğlu Fəxrəddinov hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbad İnqilab oğlu İbadov isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Axar.az



Xəbər xətti