Hindistan ABŞ-dan 3 milyardlıq PUA alır

16:34 23 İyun 2023

Hindistan MQ-9B PUA-larının alınması ilə bağlı ABŞ-la razılaşma imzalayıb.

Sitat.info xəbər verir ki, “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, sənəd Hindistan Baş naziri Narendra Modinin dünən Vaşinqtona səfəri zamanı imzalanıb. Müqaviləyə əsasən, Hindistan 3 milyard dollar dəyərində 30 ədəd MQ-9B PUA-sı alacaq.

PUA-ların Çinlə sərhəddəki mübahisəli ərazilərdə istifadə olunacağı bildirilir.



Xəbər xətti