Daha bir ölkə Ukraynaya 73 milyon ayırdı

10:39 26 İyun 2023

Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollarlıq yeni maliyyə yardımı paketini elan edib.

Sitat.info xəbər verir ki, bu barədə Avstraliya Baş naziri Antonio Albaneze məlumat verib.

O qeyd edib ki, Avstraliya Ukraynaya hərbi yardım göstərmək üçün beynəlxalq tərəfdaşlarına 73,4 milyon ABŞ dolları göndərəcək.

"Ukrayna Avstraliyanın dəstəyinə güvənə bilər", - baş nazir deyib.

Bildirilib ki, vəsait hərbi nəqliyyat vasitələrinin və sursatların alınmasına sərf ediləcək.



Xəbər xətti