Türkiyə ilə Ermənistan sərhədində son vəziyyət

16:20 26 İyun 2023

Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində infrastrukturun qaydaya salınması üzərində iş gedir və yaxın vaxtlarda başa çatdırılacaq.

Sitat.info xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

"Ümid edirik ki, Türkiyə tərəfi də sözünün üstündə duracaq. Proses hələ də dayanmayıb və nümayəndə heyəti ilə əlaqə saxlayıram", - Rubinyan bildirib.

Hələlik yeni görüşlə bağlı razılığın olmadınğını deyən Rubinyan bunu razılaşmanın mövcudluğu və onun həyata keçirilməsinin zəruriliyi ilə izah edib.



Xəbər xətti