I Qarabağ müharibəsi qazisi, Yasamal rayon sakini olan , 1975 -ci il təvəllüdlü Gülbalayev Bəxtiyar Sabir oğlu səhhətində yaranan problemlər, normal və vaxtında müalicə almaması, eyni zamanda əlillik pensiyasının kəsilməsi ilə SİTAT.İNFO-ya şikayət edib.
Onun sözlərinə görə, hər il müalicə aldığı halda, pandemiya başlanandan bəri 2 il ərzində müalicə almaması vəziyyətini ağırlaşdırıb.
Daha sonra isə əlilliyi araşdırma adı ilə pensiyanın kəsilməsi və müalicələrin də dayandırılması II qrup əlil olan Bəxtiyar Gülbalayevi yataq vəziyyətinə salıb.
Onun onurğa sistemi və beli iflic vəziyyətinə düşüb. Hazıra 1 saylı şəhər Klinik Xəstəxanasında müalicə alan Qarabağ qazisi bu vəziyyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və əlilliyi araşdıran Səhiyyə Nazirliyini günahkar görür.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.