Çində torpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb

11:28 27 İyun 2023

Çinin cənub-qərbindəki Siçuan əyalətində torpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Vençuan mahalında güclü yağışlardan sonra baş verən sürüşmənin törətdiyi fəsadlarının aradan qaldırılması üçün 400-dən çox insan səfərbər edilib.

Hadisə ilə əlaqədar xilasedicilər təbii fəlakət zonasında olan 900-dən çox sakini təxliyə edib.

Hazırda itkin düşənlərin axtarışları davam edir.



Xəbər xətti