Fransada iğtişaşlar zamanı saxlanılanların sayı artdı

14:04 30 İyun 2023

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 667 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen Tvitter hesabında yazıb.

Xatırladaq ki, iyunun 27-də 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanterredə iğtişaşlara səbəb olub. Daha sonra etiraz aksiyaları Tuluza, Lion, Marsel, Strasburq, Lil və Dijon kimi digər kommunalara və böyük şəhərlərə yayılıb.



Xəbər xətti