Rusiya hərbi büdcəsini artırdı - Britaniya

15:14 30 İyun 2023

Rusiya hərbi xərcləri artırmağa məcburdur. Çünki Ukraynayla həmsərhəd bölgələrdə müdafiə tədbirləri üçün əlavə resurslara ehtiyac var.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2023-cü ilin iyun hesabatında Rusiyanın 2023-cü il üçün hərbi xərclərinin təxminən 6,6 trilyon rubl (85,8 milyard dollar) olduğunu təxmin edib. Bu, Rusiya ÜDM-nin təxminən 4,4%-nə uyğundur. 2021-ci ildə isə bu rəqəm 3,6% idi.

Bildirilir ki, həqiqi hərbi xərclərin nə qədər olduğu bəlli deyil. Çünki Rusiya dövlət büdcəsinin 22%-i gizli saxlanılır.



Xəbər xətti