Tanınmış iranlı rəssam və sənətçi Xosrov Həsənzadə saxta spirtli içkidən zəhərlənərək həyatını itirib.
Sitat.info xəbər verir ki, bu barədə İran Rəssamlar Birliyinin İdarə Heyətinin sədri Əmir Rad məlumat yayıb.
Məlumata görə, spirtli içkidən zəhərləndiyi üçün Tehranda xəstəxanaya yerləşdirilən Xosrov Həsənzadə bir həftə komada qalıb. Komadan ayıla bilməyən rəssam iyulun 2-də 60 yaşında vəfat edib.
Qeyd edək ki, Həsənzadə İranda ən çox tanınan rəsamlardandır. Onun dünyanın müxtəlif ölkələrində rəsm əsərlərindən ibarət çoxsaylı sərgiləri keçirilib.