Paşinyan Türkiyəyə gedir

16:11 27 Yanvar 2022

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı danışıb.

 

Nazir qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün bu kimi addımlar lazımdır:

 

“Paşinyan Türkiyə səfəri ilə bağlı söz verib. Xüsusi nümayəndələrin Moskvada ilk görüşü olub. Biz mütəmadi olaraq telefonla əlaqə saxlayırıq. Fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Antaliya Diplomatiya Forumunda 50 nazir, 30 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Hər kəsin səsinin eşidilməsini istəyirik. Biz buraya Ermənistan nümayəndələrini də dəvət etmişik. Ermənistanın baş naziri Nikol Paşinyan da gələcəyini deyib. Gəlsələr, məmnun olarıq”.

 

Qeyd edək ki, Paşinyan Türkiyə tərəfinin təklifini yüksək qiymətləndirdiyini, bunu dəyərləndirəcəyini demişdi. Səfərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və  Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da iştirak edəcək.



Xəbər xətti