İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumuna reaksiya verib.
Sitat.info xəbər verir ki, İƏT-dən verilən yazılı açıqlamada, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Cənin şəhərinə hücumu şiddətlə pislənilib.
Açıqlamada müdafiəsiz mülki əhaliyə, səhiyyə işçilərinə, səhiyyə ocaqlarına, evlərə, məscidlərə və infrastruktur obyektlərinə yönələn bu vəhşi hücumların İsrail işğalçı qüvvələrinin Fələstin xalqına qarşı həyata keçirdiyi sistemli terror və cinayət əməllərinin davamı olduğu vurğulanıb.
Kənan Bənnayev
Sitat.info