Paytaxt Xartumda ağır silahlardan istifadə edilən strateji nöqtələrdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir.
Sitat.info xəbər verir ki, Sudan ordusu paytaxtın cənubundakı Şejara rayonunda strateji əhəmiyyətli Zirehli Bölmələr Qərargahına hücum edən Çevik Dəstək Qüvvələrinin (ÇDQ) üzvlərini ağır artilleriya hücumu ilə bölgədən geri çəkilməyə məcbur edib.
Paytaxtın qərbində yerləşən Umdurman şəhərinin sakinləri də xüsusi təyinatlıların dəstəklədiyi ordu qüvvələrinin bölgədəki vətəndaşların evlərində məskunlaşan ÇDQ qüvvələrini çıxarmaq üçün şəhərdə əməliyyatlarını davam etdirdiklərini bildiriblər.
Kənan Bənnayev
Sitat.info