ABŞ-da silahlı hücum: 3 ölü, 8 yaralı

19:11 4 İyul 2023

ABŞ-ın Texas ştatında festival iştirakçılarını hədəf alan silahlı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, yerli televiziyaya danışan polis rəsmilərinin verdiyi məlumata görə, atışma dünən axşam Texas ştatının Fort-Uort şəhərinin cənub-qərbindəki Komo məhəlləsində baş verib.

Adıçəkilən məhəllədə hər il keçirilən ComoFest festivalının iştirakçılarını hədəf alan silahlı hücumda 3 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Hücumda neçə nəfərin əli olduğu bilinməsə də, hələlik heç kim nəzarətə alınmayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti