İspaniya hökuməti elan etdi: Covid-19 epidemiyası bitdi

20:52 4 İyul 2023

İspaniya hökuməti Covid-19 epidemiyasının bitdiyini elan edərək apteklərdə, eləcə də sağlamlıq mərkəzlərində maskaların məcburi istifadəsinin ləğv edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, İspaniya hökumətindən verilən açıqlamada deyilir: “Nazirlər Şurası Covid-19 epidemiyasının sona çatdığını elan etdi və maskalardan məcburi istifadəni ləğv etdi. İcra hakimiyyəti ahıllar və əlillər üçün sağlamlıq mərkəzlərində və yaşayış massivlərində tənəffüs yollarının infeksiyası əlamətləri aşkar edildikdə maskalardan istifadənin davam etdirilməsini tövsiyə edir".

İspaniya müəyyən ərazilərdə maska tələbini tədricən yumşaldıb. Ölkədəki sağlamlıq və qayğı mərkəzləri ilə yanaşı, apteklərdə də maskalar məcburi idi. Paylaşılan son məlumatlara görə, İspaniyada 13 milyon 914 min 811 nəfər Covid-19-a yoluxub. Onlardan 13 milyon 762 min 417 nəfəri xəstəlikdən xilas olarkən, 121 min 760 nəfər dünyasını dəyişib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti