ABŞ-da meşə yanğını: 10 ev yandı, 540 hektar ərazi külə çevrildi

20:56 4 İyul 2023

ABŞ-ın Vaşinqton ştatının cənubunda baş verən meşə yanğınında 540 hektar ərazi külə dönüb, ən azı 10 ev yararsız hala düşüb.

Sitat.info xəbər verir ki, bazar günü ABŞ-ın Vaşinqton ştatının cənubunda, Skamaniya qraflığının Underwood qəsəbəsində meşə yanğını baş verib. İsti hava və külək səbəbindən alov sürətlə yayıldığı üçün bölgədə 3-cü dərəcəli təxliyə xəbərdarlığı edilib.

İki gündür davam edən yanğında Skamaniya rayonunda 540 hektar ərazinin külə döndüyü, ən azı 10 evin yararsız hala düşdüyü, 250-yə yaxın evin risk altında olduğu bildirilib.

Rəsmilər bölgədəki yarmarkalara təxliyə edilənlər üçün təcili yardım mərkəzlərinin yaradıldığını açıqlayıb.

Hələlik nəzarət altına alınmayan yanğına 26 yanğınsöndürən maşını və 166 nəfərdən ibarət 5 qrup havadan və yerdən müdaxilə edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti