Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında agentlik ekspertlərinin obyektdə yoxlamalar apardığını, indiyədək görünən mina və partlayıcı maddələrin müşahidə olunmadığını bildirib.
Sitat.info xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) verilən yazılı açıqlamada, prezident Qrossinin son zamanlar beynəlxalq ictimaiyyətdə yer alan Zaporojyaya qarşı mümkün təxribat iddiaları ilə bağlı qiymətləndirmələri paylaşılıb.
Agentliyin ekspertlərinin obyektdə mina və partlayıcı maddələrin olmadığını təsdiqləmək üçün əlavə giriş tələb etdiyini qeyd edən Qrossi vurğulayıb ki, 3 və 4-cü reaktor bloklarının damlarına, həmçinin turbinlərin bəzi hissələrinə və soyutma sisteminin hissələrinə giriş çox əhəmiyyətlidir.
Seymur Bənnayev
Sitat.info